Xətai rayonunda 30-a yaxın mənzili alov bürüyüb

img

27-11-2009 [03:45]


Bu gün səhər saat 10 radələrində paytaxtın Xətai rayonu ərazisində yaşayış evində yanğın baş verib. Hadisə Şirin Mirzəyev küçəsi 15 ünvanında xüsusi təyinatlı mənzil kommunal istismar birliyinə məxsus binada qeydə alınıb. Hadisə nəticəsində ikimərtəbəli binanan təqribən 30-a yaxın mənzilini alov bürüyüb. Əraziyə paytaxtın müxtəlif rayonlarının yanğınsöndürənləri cəlb edilib. Bina sakinlərinin sözlərinə görə, yanğın 20 nömrəli mənzildən başlayıb. Belə ki, mənzildə yaşayan gözdən əlil qadın Nadejda Denisovanın 90 yaşı var və o özünü idarə edə bilmir və elə hadisə də onun ehtiyatsızlığı ucbatından baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən qərargahının rəisi Əkbər Novruzovun ANS-ə verdiyi məlumata görə, 2 mərtəbəli binanın 2-ci mərtəbəsinin 500 kvadratmetr hissəsi yanıb. Yanğın zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb. Qeyd edək ki, yanğın təqribən 2 saata söndürülüb. Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin təhqiqatçıları araşdırmalara başlayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA