Partlayız nəticəsində Mahaçqaladan Bakıya və əks istiqamətdə qatarların hərəkəti dayandırılıb

img

27-11-2009 [12:59]


Rusiyanın RBK televiziyasının məlumatına görə, Dağıstan dəmir yollarında partlayış baş verib. Yerli vaxtla saat 19.00-da (Bakı vaxtı ilə saat 20.00) Mahaçqalanın 6 kilometrliyində yerləşən Tarki stansiyasında partlayıcı qurğu işə düşüb. Dağıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, xəsarət alan və ölən olmayıb. Lokomotivə ziyan dəyib, dəmir yolu xətti qismən dağılıb. Hazırda istehkamçılar partlayışın baş verdiyi ərazidə başqa partlayıcı qurğunun olub-olmadığını yolxayırlar. Şimali Qafqaz dəmir yollarının Mahaçqala şöbəsinin məlumatına görə, partlayışın nəticələri tam aradan qaldırılınadək Mahaçqaladan Bakıya və əks istiqamətdə qatarların hərəkəti dayandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA