Usubov ?Aqo? Qrupunu qəbul edib

img

25-11-2009 [01:02]


Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkədə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin ?Aqo? Monitorinq Qrupunun üzvlərini qəbul edib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, qonaqlara Daxili İşlər Nazirliyinin funksiyası barədə qısa məlumat verən Ramil Usubov qeyd edib ki, polisin fəaliyyətinin cəmiyyətdə baş verən demokratik dəyişikliklərə uyğunlaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində xidmətin səmərəliliyi, demokratik prinsiplərə, insan hüquq və azadlıqlarına riayət olunması daha da artıb. Nazir deyib ki, beynəlxalq təşkilatlarla aparılan birgə işlərin nəticəsi olaraq, insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması üzrə Xüsusi Tədris Proqramı hazırlanmışdır və bu sənəd əsasında Polis Akademiyasında, habelə şəxsi heyətin xidməti hazırlıq dərslərində seminarlar keçirilir. Təəssüflə qeyd olunub ki, həyata keçirilən bütün zəruri tədbirlərə baxmayaraq ayrı-ayrı əməkdaşların xidməti fəaliyyətində hələ də müxtəlif qanun pozuntularına, nöqsan və çatışmazlıqlara da rast gəlinir. Məhz elə bu səbəbdən müxtəlif hüquqpozmalara görə onlarla əməkdaş cəzalandırılmış, hətta cinayət məsuliyyətinə cəlb edilib. ?Aqo? qrupunun sədri Stelian Stoyan Azərbaycanda görülən işlərdən məmnunluq duyduğunu, Avropa Şurasının dəstəyi ilə ölkəmizdə həyata keçirilən demokratik islahatlar prosesində polis orqanlarının bundan sonra da fəal iştirak edəcəyinə əmin olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA