AST Telman oğulları avtoxuliqanlığa görə tutuldular

img

24-11-2009 [02:10]


İsveçrə polisi azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi AST Telman (Telman İsmayılovun) Ələkbər və Sərxan adlı oğlanlarını avtoxuliqanlığa görə saxlayıb. Müstəqil İnformasiya Agentliyu Vesti.ru-YA istinadən xəbər verir ki, T.İsmayılovun oğlanları Cenevrə küçələrində qanunsuz avtomobil yarışlarında iştirak etməkdə şübhəli bilinirlər. Verilən məlumata görə, onların təşkil etdikləri yarış qəzaya səbəb olub. Nəticədə 70 yaşlı alman təqaüdçü yaralanıb. Ələkbər və Sərxan İsmayılovlar isə iş üzrə şahid kimi saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, yarışçılardan biri sükanın arxasına içkili vəziyyətdə oturubmuş. Onun qanında 1,1 promille alkoqol tapılıb. Şahid qismində dindirilən İsmayılov qardaşları dindirmə zamanı bildiriblər ki, qəzanı törədən şəxslə ümumiyyətlə tanış deyillər, təsadüfən yol-nəqliyyat hadisəsinin şahidi olublar və zərərçəkənlərə kömək ediblər. Polis dindirmədən sonra Ələkbər və Sərxana ittiham irəli sürməyib və onları azad edib. "Komersant"in yaydığı xəbərə görə, Telman İsmayılovun oğlanları İsveçrəni tərk edərək özəl təyyarədə Türkiyəyə gəliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA