20 yanvar dairəsində baz verən qəza Bakı -Sumqayıt yolunu bir müddət bağlayıb

img

23-11-2009 [07:16]


Bu gün 20 yanvar dairəsində 3 avtomobilin - Beton qarşıdran Kamazın, avtobusun və Mercedes markalı maşının toqquşması nəticəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində avtobus yoldan çıxıb və Bakıdan Sumqayıta gedən yolun bağlanmasına səbəb olub. Hadisə yerində olan Müstəqil İnformasiya Agentliyinin əməkdaşının bildirdiyinə görə, qısa müddət ərzində yolda böyük tıxac yaranıb. Yol polislərinin müdaxiləsi də nəticəsiz qalıb. Saat 19-dan sonra isə yoldadakı tıxac daha da böyüyərək ərazidə nəqliyyatın hərəkatının tamailə dayanmasına səbəb olub. Hazırda hadisə yerində yol polisi əməkdaşları faktla bağlı araşdırma aparırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA