Bakıda 10 bahalı mazın eyni vaxtda yandı

img

22-11-2009 [08:11]


şəhərində görünməmiş yanğın hadisəsi baş verib. Noyabrın 22-də səhər saatlarında, təxminən 4:36 radələrində Binəqədi rayonu 8-ci mikrorayon, Azadlıq prospektinin 176-cı ünvanında binanın qarşısında saxlanılan 10 avtomobil yanıb. Maşınlardan birində baş vermiş yanğın yaxınlıqdakı avtomobillərə də keçib. Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın mühafizə xidmətinə 1 saylı çağırış elan olunub. Hadisə yerinə 5 yanğınsöndürən maşın gedib. ANS-in məlumatına görə, 5 maşın külə dönüb, 5 maşın isə yararsız hala düşüb. Qeyd edək ki, yanan avtomobillər arasında ?Mercedes?, ?Hyunday?, ?Opel?, ?Ford? və başqa markalı avtomobillər olub. Yanğının binaya keçməsinin qarşısı alınıb. Yanğının başvermə səbəbləri müəyyən edilməyib. Hadisə yerində FHN, prokurorluq və polis əməkdaşları araşdırma aparır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA