ilham Əliyev Nazim Ələkbərova ədliyyə general-leytenantı rütbəsi verib

img

19-11-2009 [02:22]


Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli sərəncamlna əsasən Azərbaycan Respublikası ədliyyə nazirinin müavini ? Penitensiar xidmətin rəisi Nazim Ramiz oğlu Ələkbərova ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib. Həmçinin Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Suliddin Abbas oğlu Əliyevə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib: Cavadov Fuad Musa oğlu Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Qafarov Zavər Murad oğlu Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Məhərrəmov Rauf Məmmədəli oğlu Kadrlar idarəsinin rəisi Məmmədov İlqar Kamil oğlu Qeydiyyat və notariat baş idarəsinin rəisi Zeynalov Xanlar Zeynal oğlu Məhkəmə icraçıları baş idarəsinin rəisi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA