Bakıdakı ağır yol qəzasında bir ailənin 4 üzvü ölüb, 2-si yaralanıb

img

14-11-2009 [01:07]


Bakının Nizami rayonunda baş vermiş ağır yol qəzasında ölənlər və xəsarət alanların hamısı bir ailənin üzvüdür. Nizami rayon Polis İdarəsinin istintaq şöbəsindən ANSPRESS-ə verilən məlumata görə, ötən gecə saat 22.30 radələrində ?Praqa? restoranının qarşısında ?Toyota-Prado?, ?Wolsvagen-Passat? və ?VAZ-2107? markalı avtomobillin toqquşub. Qəza nəticəsində 3 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanada ölüb. Qəza zamanı ölənlər ?VAZ-2107? nin sürücüsü 25 yaşlı Eynal Zeynalov, onun 49 yaşlı anası Həmidə, 2 yaşlı qızı Nuray, 85 yaşlı nənəsi Gülsənəm, xəsarət alanlar isə sürücünün həyat yoldaşı Günel və atası Tahirdir. Faktla bağlı Nizami rayon Polis İdarəsinin istintaq şöbəsində Azərbaycan Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA