Bakıda iki sərnizin avtobusu toqquzdu: 20 nəfər yaralı var (yenilənib)

img

09-11-2009 [12:00]


Bu gün səhər saatlarında Bakıda iki sərnişin avtobusu toqquşub. Müstəqil İnformasiya Agentliyinin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, toqquşma nəticəsində avtobusda olan xeyli sayda sərnişin yaralanıb. Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasının rəis müavini Rauf Nağıyev MİA-ya bildirib ki, hadisə yerinə həkim briqadası göndərilib. Onun sözlərinə görə, hazırda neçə nəfərin yaralanması ilə bağlı məlumat yoxdur. Xəsarət alanlar Klinik Tibbi Mərkəzə yerləşdirilib. Nəsimi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, nəticədə hər iki avtobusda ümumilikdə 20 nəfər xəsarət alıb. Onlardan 17 nəfərinə ambulator müalicə təyin olunub. Yaxınlıq yerləşən ?Estetik? Med Plazaya aparılan yaralılardan 3 nəfəri isə ilkin tibbi yardımdan sonra müvafiq xəstəxanalara göndəriləcək. Yaralılara əsasən sınıq, kəllə-beyin travması və aşağı ətrafların xəsarətləri diaqnozu qoyulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA