Bir gündə 48 cinayət faktı qeydə alınıb, 40 nəfər həbs olunub

img

04-11-2009 [05:09]


Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 48 cinayət faktı qeydə alınıb. Onların 35-i ?isti izlər?lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılıb. Daxili İşlər Nazirliyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 4 nəfər ölüb, 22 nəfər isə yaralanıb. Həmin gün 5 yanğın hadisəsi qeydə alınıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 40 nəfər tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA