Jiquli ?KAMaz?la toqquzdu

img

04-11-2009 [11:27]


Bakı-Quba yolunun 57-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib. 31 yaşlı Yunis Xasıyevin idarə etdiyi ?VAZ-2103? markalı avtomobil əks istiqamətdə 47 yaşlı Cahangir Qəhrəmanovun idarə etdiyi ?KAMaz? markalı yük maşını ilə toqquşub. Nəticədə ?VAZ-2103?un sürücüsü Yunis Xasıyev, onun sərnişini Ağasəf Cəbrayılov və azyaşlı uşaq aldıqları xəsarətlərdən hadisə yerində dünyalarını dəyişib. Minik maşınında olan digər sərnişin, 46 yaşlı Kütahi Cəbrayılova, eləcə də ?KAMaz?ın sürücüsü Cahangir Qəhrəmanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq 1 saylı Şəhər Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan anspress-ə verilən məlumata görə, Kütahi Cəbrayılovanın vəziyyəti ağırdır. Digər yaralı Cahangir Qəhrəmanova isə sağ baldırın sınığı diaqnozu təyin edilib. Hər iki xəstə həkim nəzarəti altında xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Faktı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin əməkdaşları araşdırır. Müstəntiq Rafiq Həsənovun bildirdiyinə görə, qəzanın baş verməsinə ilkin səbəb kimi avtomobillərin yüksək sürətlə hərəkət etməsi və ?VAZ-2103?in qəfildən yük maşınının yoluna çıxması göstərilir. Faktla bağlı aparılan araşdırmalar davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA