Nəqliyyat izçilərinin döydüyü sürücünün 5 yazlı oğlu da aclıq aksiyasına bazladı

img

02-11-2009 [05:56]


Dəvəçidə nəqliyyat müfəttişləri tərəfindən döyülən Mehman Əmilquliyevin işi ilə bağlı növbəti məhkəmədə prosesi keçirilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən hüquqşünas Vidadi İsgəndərov bildirib ki, prosesə şahid qismində dəvət olunan Quba ilə Xaçmazın yol istismar idarələrinin rəisləri məhkəməyə gəliblər və hər ikisi ziddiyyətli ifadə veriblər. Prosesə şahid qismində çağırılan nəqliyyat müfəttişliyinin şimal bölgəsi üzrə rəisi Mübariz Paşayev isə xəstəliyini əsas gətirərək prosesə qatılmayıb. V.İsgəndərov onu da bildirib ki, hazırda həbsdə saxlanılan Əmirquliyevin beş yaşlı oğlu da böyük qardaşının aclıq aksiyasına qoşulub. Qeyd edək ki, M.Əmirquliyevin 13 yaşlı oğlu Naib Əmirquliyev neçə gündür ki, atasının azadlığa buraxılması tələbi ilə aclıq aksiyası keçirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA