Xırdalanda yanacaqdoldurma məntəqəsində oğurluq

img

29-10-2009 [04:12]


gn=left]2010/yanacaqdoldurma.jpg[/libt] Xırdalan şəhərində İmişli rayon sakini Namiq Balakişiyev Rəfayel Məmmədova məxsus mağazanın pəncərə şüşəsini sındırmağa cəhd göstərdiyi üçün DİN Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və sonrakı araşdırmalar aparılması üçün Abşeron RPŞ-yə təhvil verilib. DİN-dən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Nizami (Gəncə) RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Əliyevin və Ə.Tağızadənin evindən oğurluq etmiş Sevinc qəsəbəsi sakinləri Taleh Məmmədov, Vüqar Cəfərov və Goranboy rayon sakini Abbas Heydərov həbs olunublar. Sumqayıt şəhərindəki 53-cü məhəllənin ərazisində şəhər sakini Bəhruz Quliyevə məxsus ?Petrol-100? yanacaqdoldurma məntəqəsindən açıq qapıdan girmək yolu ilə 160 manat oğurlanıb. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəhər sakini Elşad Məhərrəmov tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA