Oğurluq və soyğunçuluqla məzğul olan 8 nəfər həbs edildi

img

28-10-2009 [03:49]


Sumqayıt şossesində Bakı şəhər sakini Uğurlu İbadova məxsus mağazadan dam örtüyünü sökmək yolu ilə 50 manat və tütün məmulatları oğurlanıb. Binəqədi RPİ 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Xırdalan şəhər sakini Mətləb İbrahimov tutulub. Qaradağ RPİ 11-ci polis bölməsinin əməkdaşları isə Ələt qəsəbəsi sakini Asəf Səmədovun evindən pəncərədən girmək yolu ilə oğurluğa cəhd göstərmiş həmyerlisi Ruslan Rüstəmovu yaxalayıblar. Nəsimi RPİ 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağaverdi Ağayevə qarşı quldurluq etmiş qrupun digər üzvü, M.Ə.Rəsulzadəsi qəsəbə sakini Emin Eminov tutulub. Yasamal polisi isə Xatun Hüseynovanın evindən oğurluq etmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Heydər Hüseynovu həbs edib. DİN-dən verilən məlumata görə, Xətai rayonu S.Vəzirov küçəsindəki kilsədə Bakı şəhər sakini Elina Əlizadəyə məxsus içərəsində 161 manat, qızıl əşyaları və şəxsi sənədləri olan çanta oğurlanıb. Xətai polisi hadisəni törətmiş Bakı şəhər sakini Emin Hüseynovu yaxalayıb. Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mehdiabad qəsəbə sakini Elxan Əliyevə məxsus evdən açıq qalmış qapıdan girmək yolu ilə 1 ədəd mobil telefon, qızıl və ev əşyalarını oğurlamış həmyerliləri Rabil Kazımov və İntiqam Yusifov tutulublar. Lənkəran polisi isə Rəsmiyyə Nağıyevaya qarşı soygunçuluq etmiş Göyşaban kənd sakini Səfa Səfərovu ələ keçirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA