iz adamının qətlininin sifarizçisi həbs olundu

img

27-10-2009 [02:30]


Daxili İşlər Nazirliyi qətlə yetirilmiş iş adamı ilə bağlı rəsmi məlumat yayıb. Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, oktyabrın 25-də saat 21.00 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində yanmış halda olan ?Azsamand? markalı avtomobildə, onun sahibi, Bakı şəhər sakini Xanbəyi Zamanovun tam yanmış skeleti aşkar edilib. Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin Nadir Nağıyevin sifarişi ilə Kəlbəcər rayon sakini Neymət Abdullayev və Ucar rayon sakini Samirə Əzimova tərəfindən odlu silahdan atəş açma yolu ilə törədilməsi müəyyən edilib. N.Nağıyev, N.Abdullayev və S.Əzimova tutulublar. N.Abdullayevdən 1 ədəd ?Naqan?, 1 ədəd ?Makarov? tipli tapançalar, 11 ədəd güllə və 3 ədəd giliz götürülüb. Qeyd edək ki, Samirə Əzimova mərhum X.Zamanovla qeyri-rəsmi nigahda olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA