Bakıda iz adamı avtomobilində qətlə yetirilib

img

26-10-2009 [06:40]


Sabunçu rayonunda ağır qətl hadisəsi baş verib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Daxili İşlər Nazirliyi hadisəylə bağlı məlumat yayıb. DİN-nin yaydığı məlumata görə, Balaxanı qəsəbəsində məişət tullantıları zavodunun yaxınlığında ?Azsamand? markalı avtomobilində 1957-ci il təvəllüdlü Xanbəyi Zamanovun meyiti tapılıb. ?Qayğı mənzil xidmət? kooperativinin təsisçisi olan X.Zamanov ?Naqan? tipli tapançadan açılan atəşlə qətlə yetirilib. Daha sonra isə avtomobil yandırılıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 228 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Qətldə şübhəli bilinən Nemət Abdullayev və Samirə Əzimova saxlanılıb. Onlardan ?Naqan? tipli tapança götürülüb. ?ANS press?in yaydığı məlumata görə, qətlə yetirilən biznesmen Xanbəyi Zamanovun ?Şakir? Mənzil-Tikinti Kooperativinin rəhbəri Şakir Hüseynovla uzunmüddətli məhkəmə çəkişməsi olub. Belə ki, Yasamal rayon Məhkəməsində E.Zamanovun ?Şakir? MTK-ya qarşı iddiası təmin olunub və onun Bakı şəhəri, Tbilisi prospekti, 3166-cı məhəllədə ?Aysel? firmasına ayrılmış torpaq sahəsində yerləşən avtomobillərə texniki xidmət məntəqəsindəki tikililər üzrə mülkiyyət hüququ tanınıb. Həmin sahə E.Zamanovun istifadəsinə verilsə də, Apellyasiya Məhkəməsi Yasamal Rayon Məhkəməsinin qərarını ləğv edib. Ali Məhkəmə isə Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edərək işi yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Lətif Nəbiyev iş üzrə Yasamal rayon Məhkəməsinin qətnaməsini ləğv edib. Apellyasiya Məhkəməsinin 23 oktyabr 2007-ci il tarixli qətnaməsi ilə E.Zamanovun ?Aysel? firmasına ayrılmış torpaq sahəsində yerləşən avtomobillərə texniki xidmət məntəqəsinin ərazisindən Ş.Hüseynovun və digər şəxslərin çıxarılması barədə qərar verib. Həmin sahənin E.Zamanovun istifadəsinə verilməsinə dair hissəsini isə dəyişdirilmədən saxlayıb. Həmin qətnamədən kassasiya şikayəti verilməyib. Bundan sonra X. Zamanov və qardaşı Elmin 2008-ci ildə Məhkəmə-Hüquq Şurasına müraciət edərək onların tərəf olduğu mülki işə Apellyasiya Məhkəməsində baxılarkən məhkəmənin sabiq hakimi Lətif Nəbiyev tərəfindən korrupsiya hüquqpozmalarına yol verildiyini bildirilib. Belə ki, hakim L.Nəbiyev həmin mülki işə baxılması zamanı iş üzrə digər tərəf olan Şakir Hüseynovun rəhbərlik etdiyi ?Şakir? MTK ilə qızı Yeganə Nəbiyevanın adına 195 kv.m. sahəsi olan 4 otaqlı evin alınmasına dair müqavilə bağlanıb. Araşdırma nəticəsində müəyyən olunub ki, hakim L.Nəbiyev mülki mühakimə icraatı üzrə prosessual qanunvericiliyin və Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Qanununun tələblərini pozub. Araşdırma ilə əlaqədar hakim Lətif Nəbiyevin izahatı alınıb. O izahatında "Şakir" MTK-nın direktoru Şakir Hüseynovu əvvəllər tanımadığını bildirib. Lətif Nəbiyev izahatında göstərib ki, qudasıgilin ayrıca evi olmadığından qızı Yeganə uzun müddət nişanlı qalıb. ?Şakir? MTK ilə müqavilə bağladıqlarını, müqaviləni də qızının adına yazdırdıqlarını, ilkin olaraq 30.000 manat ödədiklərini göstəriblər. Qudası Hökməli Mədətov ağır xəstə olduğundan gələcəyə ümidlərinin olmadıqlarını, aldadıla biləcəklərindən qorxaraq müqaviləyə imza etməyi ondan xahiş ediblər. Buna görə də o, özü müqaviləyə imza atıb. Araşdırmalardan sonra Məhkəmə Hüquq Şurasının qərarı ilə L.Nəbiyev intizam məsuliyyətinə cəlb edilib və ona töhmət verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA