Sumqayıtda məktəbdə kütləvi zəhərlənmə ilə bağlı iki nəfər saxlanılıb

img

24-10-2009 [01:30]


Sumqayıt şəhərində məktəblilər arasında kütləvi zəhərlənmə faktı ilə əlaqədar iki nəfər saxlanılıb. Sumqayıt şəhər Polis İdarəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, onlar 23 yaşlı Sumqayıt sakini Elvin Həsənov və 35 yaşlı Bakı şəhər sakini İlkin Fətullayevdir. Saxlanılanlar ifadələrində bildiriblər ki, 38 saylı məktəbdə şagirldləri bilərəkdən zəhərləməyiblər. Onların sözlərinə görə, Ukrayna şirkətinə məxsus malları reklam etmək məqsədilə həmin qida məhsullarını məktəblilər arasında pulsuz paylayıblar. Faktla bağlı Şumqayıt şəhər Prokurorluğu və Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb, baş vermiş hadisə ilə bağlı təhqiqat araşdırmaları aparılır. Qeyd edək ki, oktyabrın 22-də günorta saatlarında Sumqayıt şəhəri 38 saylı məktəbdə ikinci növbə üçün dərsə gələn 5-6-cı sinif şagirdləri məktəbdən 50 metr aralıda ?VAZ 2106? markalı avtomobillə gələn naməlum şəxslər tərəfindən pulsuz paylanan suxarılardan alıblar. Az sonra uşaqlarda sancılanma müşahidə olunub. Suxarını yemiş 50-dək uşaq xəstəxanaya yerləşdirilib, onlardan 47 nəfəri müayinədən sonra xəstəxanadan buraxılıb, iki nəfər isə həkim nəzarətinə götürülüb. Uşaq xəstəxanasının baş həkimi Pərvanə Səfərova Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bildirib ki, xəstəxanaya müraciət etmiş məktəblilərin hamısı müayinə edildikdən sonra evlərinə göndərilib. Sumqayıt Epidemiologiya Mərkəzinin direktoru Rafiq Abdullayevin sözlərinə görə, uşaqların bu vəziyyətə düşməsinə səbəb onların keyfiyyətsiz qida məhsulları, çox güman ki, suxarı yeməsi ilə bağlıdır. Sonradan məlum olub ki, həqiqətən məktəbin həyətində şagirdlərə suxarı paylanıb. Suxarı nümunələri ekspertiza üçün götürülüb. Sumqayıt hüquq mühafizə orqanları iş üzrə təhqiqatı davam etdirirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA