?Hyundai? azdı, sürücünün atası və həyat yoldazı həlak oldu

img

23-10-2009 [02:49]


Qaradağ rayonu ərazisində Ağcabədi rayon sakini Natiq Əliyev idarə etdiyi ?VAZ-21099? markalı avtomaşınla 50-55 yaşlı kişini vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş həmin kişi orada ölüb. Ağdaş rayonu ərazisində Tovuz rayon sakini Mahir Tanrıverdiyev ?Hyundai? markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə sərnişinləri, arvadı Aygül və atası Ayvazalı hadisə yerində ölüb, xəsarət almış M.Tanrıverdiyev isə xəstəxanaya yerləşdirilib. DİN-dən verilən məlumata görə, Yasamal rayonu Yeni dairəvi yolda Xırdalan şəhər sakini Rəşad İmanov idarə etdiyi ?Tofaş? markalı avtomaşını aşırıb. Nəticədə sərnişini, Xırdalan şəhər sakini Elgün Qurbanov hadisə yerində ölüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA