Ağdazda silahlı toqquzma; bir nəfər ölüb, biri yaralanıb

img

19-10-2009 [11:42]


Ağdaş rayonunda silahlı toqquşma baş verib. Ağdaş rayon Polis Şöbəsindən verilən məlumata görə, polis Azərbaycan Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4-cü (mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda ziyan vurmaqla oğurluq etmək) maddələri ilə axtarışda olan rayon sakini 52 yaşlı Rüzman Hüseynovun izinə düşüb. Oktyabrın 18-də Ağdaş rayon Polis Şöbəsinə R.Hüseynovun Kotavan kəndində evində olması məlumat daxil olub. Saat 15.00 radələrində onu zərərsizləşdirmək məqsədilə polis onun evinə gedib. Bu zaman R.Hüseynov polis əməkdaşlarına qumbara atıb, sonra isə avtomatdan atəş açmağa başlayıb. Polislər arasında xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerindən qaçan R.Hüseynov Kotavan kəndinin keçmiş icra nümayəndəsi 38 yaşlı Baxşəli Seyfəlovu evində silahla qətlə yetirib, digər kənd sakini 37 yaşlı Famil Əhmədovu isə yaralayıb. Hazırda polis cinayətkarı zərərsizləşdirmək üçün geniş əməliyyata başlayıb. Kənd mühasirəyə alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA