Şəmkirdə polislə sakinlər arasında kütləvi qarzıdurma olub

img

19-10-2009 [01:12]


Oktyabrın 18-i saat axşam saatlarında Şəmkirdə polislə yerli sakinlər arasında qarşıdurma olub. Müstəqil İnformasiya Agentliyinin bölgə müxbirinin verdiyi məlumata görə, qarşıdurmaya səbəb polislərin məsuliyyətsiz və ehtiyatsız davranmaları səbəbindən yerli sakinlərin ölməsi olub. Belə ki, polis əməkdaşları Şəmkirdə bir avtomobili saxlatmaq istəyib. Polisə itaətsizlik göstərən sürücü avtomobili saxlamayıb. Bu səbəbdən də polis həmin avtomobilin arxasınca düşüb, lakin qaçan sürücü maşını saxlamayıb. Verilən məlumata görə, avtomobilin arxasınca düşən polis həmin əraziyə başqa polis əməkdaşlarını da çağırıb. Arxasınca polis maşınlarının gəldiyini və ondan əl çəkmədiklərini görən qaçan sürücü özünü itirərək, yoldan keçən bir neçə nəfər Şəmkir sakinini vurub. Hətta onlardan birinin öldüyü də bildirilir. Bunu görən sakinlər isə polis əməkdaşlarına hücum ediblər. Hadisə yerinə həm sakinlər, həm də digər polis əməkdaşları yığışıblar. Baş verənlərdən polisin sorumlu olduğunu düşünən sakinlərlə polis arasında kütləvi qarşıdurma olub. Sakinlərin sayı çox olduğundan polisləri döyüblər. MİA-nın əməkdaşı onu da bildirib ki, polislər arasında ağır yaralananlar da var. Yaralı polis əməkdaşları Gəncə Şəhər Xəstəxanasına aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA