Cundullah təzkilatı iranda qanlı terror aktı törədib

img

18-10-2009 [06:14]


İranın Sistan-Belucistan əyalətində Cundullah təşkilatı tərəfindən qanlı terror aksiyaı törədilib. İran mətbuatının yaydığı məlumata görə, ölkənin cənub-şərqində kamikadzenin İslam Keşikçiləri Korpusunun yüksəkçinli məmurları ilə görüşündə özünü partlatması nəticəsində 29 nəfər ölüb, 60-dan artıq adam isə yaralanıb. Ölənlər arasında İslam Keşikçiləri Korpusunun quru qoşunları hissələrinin komandir müavini general Nur Əli Şuştəri və korpusun Sistan-Bəlucistan bölməsinin rəhbəri general Məhəmməd Zadeh də var. İKK liderləri bura şiə və sünni icmalarının liderlərinin görüşünü təşkil etmək üşün gəliblərmiş. İRNA agentliyinin verdiyi xəbərə görə, özünü partladan kamikadze başına "şəhid" yazılmış yaylıq bağlayıbmış.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA