Bakı-Ucar qatarında qəza baz verib

img

15-10-2009 [11:24]


Bakı-Ucar elektrik sərnişin qatarında qəza baş verib. Qəza Kürdəmir rayonunun Sığırlı-Karlar mənzilinin 363 km-də maşinist Məmmədağa Əliyevin idarə etdiyi 606 saylı elektrik qatarının üzərinə yüksəkgərginlikli elektrik xətti düşməsi nəticəsində baş verib. Hadisə ötən gün saat 12:00 radələrində Bakıdan Ucar rayonuna hərəkət edən qatarda baş verib. Kürdəmir rayon Karlar kənd ərazisində 3 min voltluq xəttin qırılaraq qatarın üzərinə düşməsi nəticəsində bir nəfər yaralanıb. Sərnişin 1975-ci il təvəllüdlü Kürdəmir rayon sakini İlahə Quliyeva Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Anspress-in xəbərinə görə, qəzadan sonra adıçəkilən yolda qatarların gediş-gəlişi 4 saat müddətinə dayandırılıb. Təmirdən sonra isə hərəkət bərpa edilib. Faktla bağlı Hacıqabul Xətt Polis Bölməsində araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA