Telefon oğurluğu ilə məzğul olan 2 nəfən həbs edildi

img

14-10-2009 [02:33]


Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Sabunçu qəsəbə sakini Şirvan Yunusovun mobil telefonu oğurlanıb. DİN Baş Cinayət-Axtarış İdarəsi, Baş Mühafizə İdarəsi və Nəsimi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakıxanov qəsəbə sakini Rafiq Xosrovov və Lerik rayon sakini Şöhrət Adıgözəlov yaxalanıblar. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ RPİ 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə ?Binə? Ticarət Mərkəzində Saleh Qasımova məxsus köşkdən geyim əşyalarını oğurlamış Qobustan qəsəbə sakini Leyla Bədəlova tutulub. Hər iki fakt üzrə araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA