Silah alverçilərinin məhkəməsi baslayıb

img

13-10-2009 [04:42]


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə silah gətirməkdə ittiham olunan mütəşəkkil dəstənin üzvlərinin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Tahir Əsədullayev, Musa Hacıyev, Anar Heydərov, Asif Pirəliyev, Rəşad Aslanov, Rəşad Şükürov, Araz Şükürov, Vüqar İsayev, Elnur Şükürov cavab verir. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 228.2.2-ci (təkrar olaraq, odlu silahı əldə etmə və gəzdirmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurlar. Təqsirləndirilən şəxslər bu ilin martında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat-tədbirləri nəticəsində saxlanılıblar. Həbs edilərkən onlardan 2 ədəd ?TT? və ?Makarov? markalı tapança, onların daraqları aşkar edilərək götürülüb. Məhkəmədə ifadə verən təqsirləndirilənlər özlərini elan edilən ittiham üzrə qismən təqsirli bilib. Məhkəmə şahid ifadələri ilə davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA