Sumqayıt zəhər sakini ?Vinçester?lə həmyerlisini yaralayıb

img

12-10-2009 [02:28]


Sumqayıt şəhər sakini odlu silahdan atəş açaraq həmyerlisini yaralayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hadisə oktyabrın 11-də saat 23.45 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində baş verib. Qəsəbə sakini Amal Bayramlı sərxoş halda münaqişə zəmnində ?Vinçester? markalı tüfəngdən atəş açaraq həmyerlisi Həsən Əhmədova ayaq nahiyəsindən xəsarət yetirib. Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Bayramlı tutulub, ondan 1 ədəd ?Vinçester? markalı tüfəng götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA