35 yazlı oğul 55 yazlı anasını mülk üstündə biçaqladı

img

06-10-2009 [11:28]


Bu gecə Bakıda oğul ailə münaqişəsi zəminində anasına altı bıçaq xəsarəti yetirib. Hadisə Nəsimi rayonunda İlqar İsmayılov küçəsindəki 56 saylı evdə baş verib. 35 yaşlı Bəbirov Rövşən Rafiq oğlunun bıçaqladığı anası 55 yaşlı Bəbirova Elmira Ağadayı qızı yaxınları tərəfindən 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanaya daxil olarkən xeyli qan itirdiyindən onun üzərində təxirəsalınmaz əməliyyat aparılıb. Hazırda o, xəstəxananın reanimasiya şöbəsində müalicə olunur. Hadisəni törədən Rövşən Bəbirov Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanıb. Həmin maddə ilə tənqsirli bilinən şəxsi 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Zərərçəkənin yaxınları "anspress"ə bildiriblər ki, ana ilə oğul arasındakı münaqişə mülk üstündə yaranıb. O da məlum olub ki, bu, onların arasında yaranmış ilk belə münaqişə deyil. Rövşən əvvəllər də əlinə bir neçə dəfə bıçaq alıb. Bununla belə, qohumları hər dəfə onun cinayət cəhdinin qarşısını ala biliblər. Qeyd edək ki, təqsirləndirilən Rövşən Bəbirov hazırda işsizdir və spirtli içkilərə meyllidir. Elə hadisə baş verən gecə də Rövşən evə sərxoş halda gəlibmiş.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA