Neft Akademiyasınd baz verən qətllə bağlı dörd nəfər həbsdədir

img

01-10-2009 [02:05]


"Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) bu il aprelin 30-da baş verən kütləvi qətllə bağlı bu günə kimi 1600-dən artıq şahid dindirilib, 60-dan artıq ekspertiza keçirilib". Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə Azərbaycanın baş prokuroru Zakir Qaralov məlumat verib. Onun sözlərinə görə, akademiyaya silahlı basqın edən Fərda Qədirovun köməkçiləri, ona Azərbaycana qeyri-qanuni yolla silah keçirməsində kömək edən, cinayət barədə hüquq-mühafizə orqanlarına məlumat verməyən 4 şəxs -Nadir Əliyev, Ariz Qabulov, Nəcəf Süleymanov və Cavidan Əmirov həbsdədirlər. Cinayət işi ilə bağlı yaradılan istintaq-əməliyyat qrupu həm Gürcüstanda, həm Rusiyada, həm də Ukraynada istintaq hərəkətləri aparır. Cinayət işi ilə bağlı istintaq tədbirləri davam etdirilir. Z.Qaralov hesab edir ki, ilin sonuna kimi istintaq əməliyyat qrupu çalışacaq ki, cinayət işinin tam, hərtərəfli, obyektiv araşdırılaraq yekunlaşmasını təmin etsin, bu cinayət işində əli olan hər bir kəs məsuliyyətə cəlb olunsun.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA