Rail Rzayev öldürüldükdən sonra onun otağından oğurluq edilib

img

01-10-2009 [11:47]


Respublikanın baş prokuroru Zakir Qaralov Hərbi Hava Qüvvələrinin komandanı, general Rail Rzayevin qətlinin araşdırılması mövzusunda açıqlama verib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Z.Qaralov istintaq tədbirlərinin davam etdirildiyini, bu işin Azərbaycan Prezidentinin nəzarətində olduğunu bildirib. Onun sözlərinə görə, işin araşdırılmasına kömək məqsədilə xaricdən ekspertlər dəvət olunub. Baş prokuror onu da bildirib ki, Rail Rzayev öldürüldükdən sonra onun otağından oğurluq edilib: "Bu hadisəni gizlədənlər - generalın köməkçisi Aydın Rəfiyev və yavəri Anar Həşimov saxlanılıb. Onların bu oğurluq hadisəsində iştirakı istisna olunmur".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA