Jurnalist həmkarlarının gözü qarzısında güllələndi

img

30-09-2009 [03:33]


Meksika Radio Qurumunun internet saytının direktoru Norberto Miranda ofisə daxil olan 5 silahlı şəxs tərəfindən qətlə yetirilib. Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) verilən məlumata görə, Miranda bu il Meksikada öldürülən beşinci jurnalistdir. Məlumatlara görə, Miranda yerli narko kartel El Cartel de Juarezin törətdiyi cinayət barədə radio şou təşkil etdiyinə və ?El Gallito? təxəllüsü ilə hazırladığı yazıya görə qətlə yetirilib. Mirandanın qətlindən iki gün öncə, müstəqil fotoqraf Ceym Omar Gandara San Martínin cəsədi Kihuahua şəhərində tapılmışdı. Qeyd edək ki, 2008-ci ilin aprelində BMİ Beynəlxalq Mətbuat və Söz Azadlığı Missiyası Meksikada jurnalistlərin azad fəaliyyətinə mane olan əsas səbəbləri müəyyənləşdirib. Bura aşağıdakılar daxildir: mütəşəkkil cinayət, korrupsiya, cəzasızlıq, polis və hərbi qüvvələr tərəfindən birbaşa hücumlar, federal və hökumət qurumları tərəfindən jurnalistlərin təhqir edilməsi hallarının həll edilməsində siyasi istəyin olmaması və jurnalistlərin təhlükəsizliyinin qorunmaması.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA