Emin Milli və Adnan Hacızadənin izi üzrə növbəti proses keçirilib

img

29-09-2009 [07:08]


Bu gün Səbail Rayon Məhkəməsində gənc fəallar Emin Milli və Adnan Hacızadənin işi üzrə növbəti proses keçirilib. AN Sosial Şəbəkəsinin və OL Gənclər Hərəkatının fəalları E.Milli və A.Hacızadə ?Livan? restoranında iyulun 8-də baş vermiş davaya görə həbs olunublar. Onlar xuliqanlıqda, Babək Hüseynov və Vüsal Məmmədov adlı iki nəfərə az ağır xəsarət yetirməkdə günahlandırılır. ?Media forum? saytının məlumatına görə, prosesdə ?Livan? restoranın aşpazı Araz Allahverdiyev ifadə verib. O, A.Hacızadə və E.Milliyə işarə edərək deyib: ?Bunları tanımıram. İçəri yarımqaranlıq idi, bəlkə də onlar idi, bəlkə də yox?. Daha sonra polis əməkdaşı Zahid Daşdəmirov ifadə verib. O, ?Livan? restoranına dava olduğunu eşidib hadisə yerinə gedəndə E.Millini ayağı cızılmış, A.Hacızadənin isə burnu qanamış şəkildə gördüyünü bildirib. Digər polis əməkdaşı Bəşir Bəşərov isə vəkillərin ?Niyə məhz bu şəxsləri polis bölməsinə apardız, qalan iki gənci yox? sualına ?Bunların xəsarət aldıqlarını gördük, dedik ki, xəsarət alıblarsa, deməli, bunlar dalaşıblar, ona görə apardıq? deyə cavab verib. Z.Daşdəmirov və B.Bəşərov etiraf eləyiblər ki, restoranda E.Milli və A.Hacızadədən başqa xəsarət alan görməyiblər. Prosesin sonunda şahidlər ? gənclər hərəkatı fəalları Orxan Qafarlı və Pərviz Atayev ifadə veriblər. Məhkəmə oktyabrın 1-də davam etdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA