Mərkəzi Bankın sabiq izçiləri 3 ildən 8 ilədək azadlıqdan məhrum edildilər

img

29-09-2009 [02:34]


Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əfqan Hacıyevin sədrliyi ilə Mərkəzi Bankın vəzifədən sui-istifadə etmə, mənimsəmə, səhlənkarlıq və digər cinayət əməllərdə təqsirləndirilən 6 əməkdaşına hökm oxunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, məhkəmənin hökmü ilə təqsirləndirilən Könül İsmayılova, Şahnaz Səmədova və Nazilə Bağırovanın hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Firəngiz Hacıyevaya 3 il, Ərşad Cəlilova isə (əmlakı müsadirə edilməklə) 6 il müddətinə həbs cəzası verib. Təqsirpləndirilən Səbinə Məmmədova isə 2 il şərti olaraq azadlıqdan məhrum edilib. Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Firəngiz Hacıyevanın 5 il, Könül İsmayılovanın 10 il, Nazilə Bağırovanın 10 il, Şahnaz Səmədovanın 10 il, Ərşad Cəlilovun 6 il, Səbinə Məmmədovanın isə 3 il azadlıqdan məhrum edilməsini istəmişdi. Təqsirləndirilənlər Mərkəzi Bankdan 2003-2008-ci illər ərzində 1,4 milyon manat mənimsəməkdə ittiham olunurlar. İttihama görə, Mərkəzi Bankın saxlanc şöbəsinin müdirəsi Firəngiz Hacıyeva, kassa-əməliyyat şöbəsinin müdiri Ərşad Cəlilov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), xəzinədarlar Şəhnaz Səmədova və Nazilə Bağırova 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2-ci (mənimsəmə və ya israfetmə), Könül İsmayılova 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhvetmə) və hazırda zamində olan Səbinə Məmmədova 314.2-ci (səhlənkarlıq) maddələri ilə təqsirli biliniblər. Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Firəngiz Hacıyevanın 5 il, Könül İsmayılovanın 10 il, Nazilə Bağırovanın 10 il, Şahnaz Səmədovanın 10 il, Ərşad Cəlilovun 6 il, Səbinə Məmmədovanın isə 3 il azadlıqdan məhrum edilməsini istəyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA