Mərkəzi Bankın izçilərinə hökm oxunacaq

img

28-09-2009 [06:33]


Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əfqan Hacıyevin sədrliyi ilə Mərkəzi Bankın vəzifədən sui-istifadə etmə, mənimsəmə, səhlənkarlıq və digər cinayət əməllərdə təqsirləndirilən 6 əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edib. Təqsirləndirilən Könül İsmayılovanın vəkili müdafiə etdiyi şəxsin Mərkəzi bankda işlədiyi 14 il müddətində heç bir nöqsana yol vermədiyini əsas gətirərək ona bəraət verilməsini xahiş edib. Təqsirləndirilən Nazilə Bağırovanın vəkili də müdafiə etdiyi şəxsə bəraət istəyib. Təqsirləndirilən Ərşad Cəlilovun vəkili də müdafiə etdiyi şəxsin günahsız olduğunu vurğulayıb. Ə.Cəlilovun məcburi köçkün olmasını və himayəsində yaşlı valideynlərinin olmasını nəzərə çatdıran vəkil ona bəraət verilməsini xahiş edib. Sabah isə təqsirləndirilən şəxslərə hökm oxunacaq. Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Firəngiz Hacıyevanın 5 il, Könül İsmayılovanın 10 il, Nazilə Bağırovanın 10 il, Şahnaz Səmədovanın 10 il, Ərşad Cəlilovun 6 il, Səbinə Məmmədovanın isə 3 il azadlıqdan məhrum edilməsini istəyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA