?Mezə qardazları?nın məhkəməsində əlavə zahidlər dindirilib

img

28-09-2009 [05:19]


Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Kəramət Əliyevin sədrliyi ilə ?Meşə qardaşları? silahlı birləşməsi üzvlərinin məhkəməsi davam etdirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, prosesdə təqsirləndirilən Elnur Bəşirovun cinayət işi üzrə hal şahidi qismində Səməd Babayev ifadə verib. Təqsirləndirilən Kamran Bozorgi isə məhkəmənin tez yekunlaşdırılmasını xahiş edib. Proses oktyabrın 1-də davam etdiriləcək. Qeyd edək ki, dəstə üzvləri ötən il avqustun 17-də Bakı şəhəri, Nərimanov rayonunda yerləşən və ?Əbu-Bəkr? adı ilə tanınan Cümə məscidində 2 nəfərin ölümü, 19 nəfərin yaralanması ilə nəticələnən partlayışda və digər ağır cinayətlərdə ittiham olunur. Hadisə ilə bağlı aparılan ibtidai istintaq zamanı 26 nəfər saxlanılaraq, barəsində cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 120-ci (qəsdən adamöldürmə), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə ittiham irəli sürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA