?Niaqara? restoranındakı qanlı olayla bağlı 15 nəfər idmançı saxlanılıb

img

23-09-2009 [07:38]


Xəbər verdiyimiz kimi, üç gün öncə Bakıdakı məşhur ?Niaqara? restoranında insident baş verib. Müstəqil İnformasiya Agentliyinə məlumat verən şəxsin sözlərinə görə, restorandan çıxan müştərilərlə obyekt sahibləri arasında anlaşılmazlığın yaranması nəticəsində dava düşüb və biri polis əməkdaşı olmaqla iki nəfər yaralanmışdı. MİA-ya daxil olan məlumata görə, baş verən olayla bağlı 15 idmançı saxlanılıb. Hazırda məsələylə bağlı Respublika Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir. İstintaqın isə baş prokurorun müavini Rüstəm Usubovun nəzarətində olduğu bildirilir. Məsələylə bağlı Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxladıq. E.Sultanov sözügedən məsələnin Bakı Şərər Prokurorluğunda araşdırıldığını bildirdi. Bakı Şəhər Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Rmiz Rzayevin münasibətini öyrənmək mümkün olmadı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA