?GEN? MMC-nin məhkəməsində 12 saylı Notariat Kontorunun rəisi Nadir Hüseynov dindirilib

img

23-09-2009 [07:16]


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə dələduzluqda təqsirləndirilən ?GEN? MMC-nin rəhbəri Elbrus Əliyev və başqalarının cinayət işi üzrə məhkəmə davam etdirilib. Prosesdə əlavə şahid qismində Bakı şəhəri 12 saylı Notariat Kontorunun rəisi Nadir Hüseynov, vəkil Elman Abıyev və Sevinc Bəşirova dindirilib. Şahid N.Hüseynov vətəndaşlarla ?GEN MMC? arasındakı alqı-satqı müqavilələrini rəsmiləşdirilməsinə görə təqsirləndirilən Elbrus Əliyevin dediyi kimi 330 manat yox, dövlət rüsumu olaraq 131 manat pul aldığını bildirib. Vəkil Elman Abıyev isə ?GEN MMC?-yə bəzən pullu, bəzən pulsuz hüquqi yardım göstərdiyini bildirib. Vəkil təqsirləndirilən E.Əliyevin məhkəməyə verdiyi ifadəsində onun vasitəsi ilə Abşeron rayon İcra Hakimiyyətinə 70 min manat veriməsini inkar edib. E.Abıyev bu məsələdən xəbərsiz olduğunu bildirib. Məhkəyə ifadə verən Sevinc Bəşirova köhnə mənzilinin E.Əliyev tərəfindən 59 min dollara alındığını bildirib. Məhkəmədə zərərçəkmiş qismində ifadə verən Şamil Mirzəyev E.Abıyevin özünü onlara, millət vəkili Əhəd Abıyevin qohumu kimi təqdim etdiyini deyib. E.Abıyev isə özünü heç kəsə millət vəkilinin qohumu kimi təqdim etmədiyini bildirib. Proses sentyabrın 29-da davam etdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA