Nazir Yavər Camalova məxsus restoranda qanlı olay baz verib

img

22-09-2009 [05:59]


Srağagün axşam saatlarında Bakıdakı məşhur ?Niaqara? restoranında insident baş verib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən şəxsin sözlərinə görə, münaqişəyə səbəb restorandan çıxan müştərilərlə obyekt sahibləri arasında anlaşılmazlığın yaranması olub. Belə ki, tərəflər arasında mübahisə yaranan zaman restoran rəhbərliyi mühafizəçilərə səs-küy salan müştəriləri döymək əmrini verib. Bundan sonra tərəflər əlbəyaxa olublar. Nəticədə restoranın qarşısında dayanan taksi sürücüsü ağır yaralanıb. O, tərəfləri sakitləşdirmək üçün araya girdiyi zaman bıçaq zərbəsi alıb. Nəticədə qaraciyəri və böyrəyi zədələnib. Dərhal xəstəxanaya aparılaraq, əməliyyat olunan yaralının böyrəyinin biri çıxarılıb. Hazırda onun vəziyyətinin ağır olduğu və reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir. Hadisə yerində olan polis əməkdaşlarından biri də xəsarət alıb və hazırda o da xəstəxanadadır. MİA-nı bilgiləndirən şəxsin sözlərinə görə, sözügedən restoran müdafiə sənayesi naziri Yavər Camalova məxsus olduğu bildirilir. Hazırda da restorana nazir Yavər Camalovun oğlu rəhbərlik edir. Münaqişə zamanı Yavər Camalovun oğlu da hadisə yerində olub. Qanlı olayın iştirakçılarından birinin Bakı şəhər baş polis idarəsinin keçmiş rəisi Məhərrəm Əliyevin, digəri isə başqa bir nazir müavininin bacısı oğlu olduğu bildirilir. Hadisəylə bağlı iki nəfər saxlanılıb. Məsələylə bağlı Nəsimi rayon 20-ci polis bölməsindən MİA-ya bildiriblər ki, bu barədə məlumat verə bilməzlər: ?Hadisə dünən baş verib. Bizim məsələnin təfərrüatından xəbərimiz yoxdur. Hazırda araşdırma gedir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA