Polis rəisi ilə prokuror müavini polis zöbəsində əlbəyaxa olublar

img

19-09-2009 [03:18]


Neftçala rayon polis şöbəsinin rəisi Rza Hacıyevlə həmin rayonun prokuror müavini Valeh Məmmədov arasında insident baş verib. Bu barədə Müstəqil İnformasiya Agentliyinin bölgə müxbiri rayonun polis əməkdaşlarına istinadən məlumat verib. Verilən məlumata görə, polis tərəfindən saxlanılan bir nəfərin işi ilə bağlı Şöbəyə gələn prokuror müavininin işə müdaxiləsi polis rəisi Rza Hacıyevin narazılığa səbəb olub. Onun narazılığını bildirməsi, prokurorluq əməkdaşının işə müdaxilə etməməsini istəməsi qarşı tərəfi hiddətləndirib. Qarşılıqlı mübahisənin sonda əlbəyaxa davaya səbəb olduğu da bildirilir. Məlumatda bildirilir ki, polis əməkdaşları prokuror müavini ilə polis rəisini güclə sakitləşdiriblər. Məsələnin böyüməməsi üçün hər iki tərəf hansısa prosedur başlatmayıb. Məsələylə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov Müstəqil İnformasiya Agentliyinə deyib ki, bu barədə məlumatsızdır: ?Belə bir hadisənin baş verməsi mümkünsüzdür. Mətbuat xidmətinə isə bu barədə hər hansı məlumat daxil olmayıb?. Neftçalanın polis rəisi və prokuror müavininin məsələyə münasibətini öyrənə bilmədik. R.Hacıyevin köməkçısi rəisin naharda olduğunu bildirərək, baş verən insident məlumatsız olduğunu vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA