Xaçmazda qaçaqmalçılarla MTN əməliyyatçıları arasında atızma olub

img

18-09-2009 [02:59]


Xaçmaz rayonunda qaçaqmalçılar ilə Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları arasında atıçma olub. Atışma bu gecə saat 00:30 radələrində Xaçmazın İlxıçı Məmmədxanlı kəndi ərazisində Xəzər dənizi sahilində qeydə alınıb. Belə ki, qaçaqmalçılar Çin istehsalı olan 114 yeşik mobil telefonlar, alışqanlar və sairə məhsulları qeyri-qanuni yollarla Rusiyaya aparmağa cəhd ediblər. Baş vermiş atışma nəticəsində qaçaqmalçılardan biri zərərsizləşdirilib. Bu Azərbaycan vətəndaşı, Xaçmaz rayon sakini 1986-cı il təvəllüdlü Rafiq Şirzal oğlu Fətullayevdir. Rusiya vətəndaşı, Həştərxan şəhəri, Solyanko kənd sakini, milliyətcə çeçen olan 1976-cı il təvəllüdlü Yunis Zəbirov isə ayağından yaralanıb. O, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb. Böyük müstəntiq Soltanməhəmməd İsmayılov anspress-ə hadisə ilə bağlı açıqlamanın bu gün veriləcəyini bildirib. Hazırda məhsulların harada istehsal olunub, qablaşdırılması və sair məsələlərlə bağlı araşdırmalar aparılır. Pespublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da Müstəqil İnformasiya Agentliyinə məsələylə bağlı bir qədər sonra məlumat veriləcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA