Milli Ordunun giziri silahla ehtiyatsız davrandığına görə ayağını yaralayıb

img

16-09-2009 [01:04]


Azərbaycan Silahlı Qüvvələrinin giziri Rahib Mirələm oğlu Kərimov görə yaralanıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə gərə, Ağdam rayonunda, cəbhə xəttində yerləşən N saylı hərbi hissənin giziri Rahib Kərimov bu gün silahla ehtiyatsız davrandığına görə ayağını yaralayıb. Verilən məlumata görə, hazırda R.Kərimovun vəziyyəti normaldır. R.Kərimov 1987-ci il təvəllüdlüdür və bu ilin aprelində Biləsuvar Hərbi Komissarlığından həqiqi hərbi xidməytə çağırılıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti də məlumatı təsdiqləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA