Gədəbəydə 20 yazlı gənc özünü yazadığı evin həyətində asıb

img

16-09-2009 [12:31]


Gədəbəy rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, sentyabrın 15-də saat 21.30-da rayonun Qoşabulaq kənd sakini 20 yaşlı Novruz Sadıqov yaşadığı evin həyətində özünü iplə asaraq öldürüb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. Qeyd edək ki, baş vermiş intihar hadisəsi ölkədə bilik günündə qeydə alınan 2-ci intihar hadisəsidir. Həmin gün Binəqədi rayonu 1-ci Baksol yaşayış massivində 14 yaşlı məktəbli Süleyman Kərimov özünü evin sanitar qovşağında asıb. anspress

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA