Bir züzə araq içdilər, biri qəbrə, biri 11 il həbsə düzdü

img

14-09-2009 [01:00]


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əmir Bayramovun sədrliyi ilə Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 31 yaşlı Elbrus Gülağa oğlu Mövsümovun məhkəməsi başa çatdırılıb. Məhkəmə yolu ilə müəyyən olunub ki, bu il martın 21-də saat təxminən 20 radələrində, Sumqayıt şəhəri, 29-cu məhəllədə yerləşən Sumqayıt şəhər 1 nömrəli orta məktəbin həyətindəki qazanxananın yanında Elbrus Mövsümov birlikdə spirtli içki qəbul edərkən söhbət əsnasında tanışı Minabəddin Əlibəy oğlu Balabəyovla aralarında mübahisə baş verib. Tanışının onun arvadının ünvanına nalayiq sözlər deməsinə görə aralarında yaranmış mübahisə zəminində Elbrus Minabəddini döyərək xəsarət yetirib. M.Balabəyov aldığı xəsarətlərdən hadisənin ertəsi günü elə oradaca ölüb. Təqsirləndirilən şəxs Elbrus Mövsümov məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, 2008-ci ildən bir-birilərini tanımaqla yaxın münasibətdə olduğu və özünü ?Balabəy? kimi təqdim edən Minabəddin Balabəyovla martın 20-də görüşüb onun təklifi ilə 1 nömrəli məktəbin həyətinədki qarajın yanında oturub araq içiblər. Həmin vaxt söhbət əsnasında Minabəddin ondan arvadının harada olduğunu soruşub, o, arvadının atası gildə olduğunu bildirib, sonuncu istehza ilə ona ?nə bilirsən atası gildədir, bəlkə öz kefindədir? deyib. Minabəddinin bu sözü ona pis təsir etdiyindən o, tanışını döyməyə başlayıb, onun yerə yıxılıb burnundan qan gəldiyini gördükdə isə oradan uzaqlaşıb. Minabəddin isə məktəbin həyətində qalıb. Bundan 3-4 gün sonra, o, qayınatası Nərimana zəng edib arvadını evinə aparmaq istədiyini dedikdə, qayınatası onun polis tərəfindən axtarıldığını, dalaşdığı şəxsin öldüyünü bildirib. O, Minabəddinin öldüyünü eşitdikdən sonra polis tərəfindən tutulacağını bilib Bakıya üz tutaraq müxtəlif küçə və parklarda gecələyib. O, polisə təslim olmazdan əvvəl anası görmək üçün mayın 6-də Türkiyənin Ankara şəhərində olan anası ilə danışaraq bir kişi ilə dalaşıb onu vurduğunu, həmin şəxsin öldüyünü, polis tərəfindən axtarıldığını bildirib, təcili Azərbaycana qayıtmasını xahiş edib. Mayın 9-də səhər tezdən anası ilə birlikdə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə gedib özünü polis əməkdaşlarına təqdim etməklə törətdiyi cinayəti etiraf edib. O bildirib ki, Minabəddini öldürmək məqsədi ilə vurmayıb və onu öldürmək fikri olmayıb. Məhkəmənin hökmü ilə Elbrus Mövsümov 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA