Azərbaycanda terror aktı törətmək istəyən dəstə üzvlərinə cəza istənilib

img

11-09-2009 [06:53]


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim İlqar Murquzovun sədrliyi ilə Azərbaycanda terrorçuluq, dövlətə xəyanət, casusluq və digər ağır cinayətlərdə ittiham olunan dəstə üzvlərinin məhkəməsi davam etdirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, məhkəmə qarşısında Livan vətəndaşları - Kərəki Əli Məhəmməd, Nəcməddin Əli Hüseyn, Azərbaycan vətəndaşları ? Cavad Məmmədov, Vidadi Rəsulov, Müşfiq Amanov, Əfqan Balaşov cavab verib. Dünənki prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror Livan vətəndaşları Kərəki Əli Məhəmməd və Nəcməddin Əli Hüseynin hər birinə 15 il, Cavad Məmmədov və Vidadi Rəsulovun hər birinə 14 il, Müşfiq Amanov və Əfqan Balaşovun isə hər birinə 13 il həbs cəzası verilməsini xahiş edib. Proses sentyabrın 23-də davam etdiriləcək. Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 13 maddəsi ilə ittiham olunurlar. Təqsirləndirilən şəxslər ?Hizbullah? və ?əl-Qaidə? terrror təşkilatlarının rəhbərləri tərəfindən hazırlanaraq Azərbaycana göndəriliblər. Onlar İran İnqilab Keşikçiləri Korpusu - ?Sepah? təşkilatı tərəfindən İran İslam Respublikasının sərhədindən Azərbaycana keçiblər. Onlar Azərbaycanda İsrail səfrliyinin və Qəbələ RLS-in partladılması ilə bağlı hazırlıq işləri görüblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA