Zəlimxan Yaqub yaxın günlərdə əfv fərmanının imzalanacağına inanmır

img

11-09-2009 [01:36]


?Hər zaman olduğu kimi, yenə də Əfv Komissiyasına müraciət edənlər çoxdur. Amma Ramazan bayramı münasibətilə əfv fərmanı imzalanacağına inanmıram?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Əfv Komissiyasının üzvü, xalq şairi Zəlimxan Yaqub bəzi hüquq müdafiəçilərinin Ramazan bayramı ərəfəsində əfv fərmanının imzalana biləcəyi ilə bağlı məlumatlarına münasibət bildirərkən deyib. Xalq şairinin sözlərinə görə, əfvlə bağlı son günlər heç bir yığıncaq olmayıb: ?Yeni əfv fərmanının imzalanma ehtimal olsaydı, bu məsələ parlamentdə qaldırılardı. Adətən əfv fərmanı imzalanmazdan bir müddət öncə Əfv Komissiyasının üzvləri toplanır. Mən də həmin komissiyanın üzvüyəm və heç bir yığıncaq olmayıb. Mən qəti hökm verə bilmərəm. Amma mənə elə gəlir ki, Ramazan bayramında əfv fərmanı imzalanmayacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA