Masallıda ər hamilə arvadını döyərək hamiləliyini pozub

img

10-09-2009 [01:29]


Dünən Masallı rayonunda tükurpərdici cinayət hadisəsi baş verib. Belə ki, ər hamilə arvadını vəhşicəsinə döyüb. Müstəqil İnformasiya Agentliyinin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə yaydığı xəbərə istinadən verdiyi məlumata görə, rayonun Gəyəçöl kəndində, kənd sakini Teymur Süleymanov ailə münaqişəsi zəminində arvadı Ruhanəni döyüb və onun hamiləliyi pozulub. Faktla əlaqədar cinayət işi başlanıb. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.Süleymanov tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA