itkin düzmüz Gədəbəy sakininin meyiti tapıldı

img

09-09-2009 [04:43]


İyunun 29-da Gədəbəy rayonu Sarıköynək kənd sakini Ramin Allahverdiyev evdən çıxıb və bir daha geri qayıtmayıb. DİN Baş Cinayət-Axtarış İdarəsi və Gədəbəy RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Allahverdiyevin cari ilin iyunun 29-da "Qızıl Töhrə" adlanan ərazidə Şəmkir rayon sakini Rəhman Namazov tərəfindən münaqişə zəminində bıçaqla qətlə yetirilməsi və torpağa basdırılması müəyyən edilib. R.Namazov tutulub, R.Allahverdiyevin cəsədi torpaqdan çıxarılıb. Faktla əlaqədar rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA