Rusiyada 18 yazlı azərbaycanlı məhkəmə prosesinə gedərkən qətlə yetirilib

img

04-09-2009 [01:51]


Rusiyada 18 yaşlı azərbaycanlı qətlə yetirilib. Hadisə ötən gün saat 12:00-da baş verib. Öldürülən isə Rusiyada ?Qara qırğı? adı ilə tanınan cinayət işində təqsirləndirilənlərdən biri olan Rəsul Xəlilov olub. Onu evinin yaxınlığında, məhkəmə prosesinə gedərkən güllələyiblər. Gəncin yaxınları onu skinhedlərin öldürdüyünü iddia edirlər. Nənəsinin sözlərinə görə, Rəsul Xəlilov sakit uşaq olub və heç bir cinayətkar qrupa daxil olmayıb. Xatırladaq ki, 2008-ci ilin may ayında Moskva metrosunun stansiyalarından birində iki məktəbli bıçaqlanmışdı. Məlumata görə, qatara minən 17-19 yaşlarında 7 nəfər ?Allahu Əkbər? qışqıraraq məktəblilərin üstünə hücum edib. Məktəblilərə çox saylı zərbələr yetirən şəxslər bütün baş verənləri mobil telefon vasitəsi ilə lentə alıblar. Çəkiliş sonradan internetə yerləşdirilib. Məktəblilərə hücum edənlərdən birinin R. Xəlilov olduğu iddia edilirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA