?GEN? MMC ilə bağlı məhkəmənin ədalətli keçirilmədiyi bildirilir

img

02-09-2009 [06:34]


Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə 377 nəfərdən 8 milyon manat almaqda ittiham olunan ?GEN? MMC -nin rəhbəri Elbrus Əliyevin cinayət işi üzrə növbəti məhkəmə işinə baxılıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ?Demokratiyanın Müdafiəsinə Kömək? İctimai Birliyinin rəhbəri Vidadi İsgəndərovun məhkəmə qarşısında qaldırdığı vəsadət təmin olunmadığına görə, məhkəmədən çıxıb. Onun ardınca isə zərərçəkmişlər də məhkəmə zalını tərk ediblər. Sonradan məhkəmə prosesi davam etdirilib. Zərərçəkmişlər hüquq müdafiəçisi Vidadi İsgəndərovu müdafiə edərək, Elbrus Əliyevin anasını və onun qeyri-qanuni yaşadığı Günelin məhkəməyə çağrılmasını tələb ediblər. Belə olan təqdirdə, hakim Eynulla Vəliyev məhkəmə prosesini sentyabrın 15-nə kimi təxirə salıb. V.İsgəndərov Müstəqil İnformasiya Agentliyinin əməkdaşı ilə söhbətində məhkəmə qarşısında 30-dan çox vəsadət qaldırdığını bildirib: ?Hakim istintaq qrupunun rəhbəri Etibar Mahmudovu rüşvətlə bağlı cinayət işinin gizlədilməsi və digər məsələlərlə əlaqədar, şahid qismində iştirak etməsi ilə bağlı vəsadətimdən başqa, bütün vəsadətlərimin təmin edilməsi barədə qərarla çıxış etdi. Bundan əlavə, məhkəməyə ?GEN?MMC-nin reklam roliki getmiş televiziya kanallarının məhsul vəzifəli şəxsləri çağrılıb, qanunsuz reklam edildiyinə görə məhkəməyə cəlb edilməsi ilə bağlı vəsadətim də qəbul edilmədi. Mən də buna etiraz olaraq məhkəməni tərk etdim?. Hüquq müdafiəçisinin sözlərinə görə, Murad və Fərid Dadaşovlara və digərlərinə ?GEN?MMC-ni qanunsuz reklam etdiklərinə görə ən azından Azərbaycan Cinayət Məcəlləsinin 198-ci maddəsi ilə cinayət işi qaldırılmalıdır: ?Bununla bağlı vəsadətimin qəbul edilməməsində məhkəmə bir daha müstəqil olmadığını sübut etdi. Məhkəmə açıq-aşkar televiziyaların və icra strukturlarının əməkdaşlarını prosesə dəvət etmir. Bu da onu göstərir ki, Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsi, yəni vətəndaşların qanun və məhkəmə qarşısında eyni hüquq daşıması prinsipi düzgün izlənilmir. Nəzərinizə çatdırım ki, proseslə bağlı istintaq obyektiv aparılmır. Narazılıq ilk gündən mövcuddur. Rüşvətxorları tapıb, layiqli cəza verməkdənsə, məni üç orqan-Daxili İşlər Nazirliyi, Bakı Şəhər Baş Polis İdarəsi, Respublika Prokurorluğu dövlət əleyhinə çıxmağımı əsas gətirərək ittiham edirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA