Bakının mərkəzində biznesmen odlu silahdan atəz açaraq özünə qəsd edib

img

31-08-2009 [05:10]


[b]Özünə qəsd edən şəxsin Polis Akademiyasının rəisi Ramiz Nağıyevin qohumu olduğu bildirilir[/b] Bu gün Bakının mərkəzində 36 yaşlı Şərur rayonunun Dügəndi kənd sakini Kənan Nağıyev özünü güllələyib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, saat 16.00 radələrində metronun Gənclik stansiyasının yaxınlığında bir nəfər odlu silahı ? ?Vinçestr?i özünə tərəf tuşlayaraq özünü öldürəcəyini bildirib və özünə qəsd edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Amma özünə tərəf silah tuşlayan gənc polisin və ətrafdakıların çağırışlarına baxmayaraq, atəş açaraq özünü vurub. Ürək nayihəsində xəsarət alan biznesmen ağır vəziyyətdə 5 saylı klinik xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, güllə yarası ilə daxil olan yaralı dərhal əməliyyata götürülüb. MİA-ya daxil olan məlumata görə, 1973-cü il təvəllüdlü öznüə qəsd edən Kənan Kamil olğu Nağıyev Şərur rayonunun Düzəngi kəndindəndir. Özü də Binə Ticarət Mərkəzində bizneslə məşğul olurmuş. Hüquq-mühafizə orqanlarının əməkdaşının verdiyi məlumata görə, özünə qəsd edən Kənan Nağıyev Polis Akademiyasının rəisi Ramiz Nağıyevin qardaşıoğludur. Hazırda onun intihar səbəbləri bəlli deyil, araşdırma aparılır. Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə cinayət işi açılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA