Dörd yol qəzasında 4 nəfər həlak oldu

img

31-08-2009 [03:55]


Sumqayıt şəhəri ərazisində, şəhər sakini Elçin Xıdırov ilarə etdiyi ?BMW? markalı avtomaşını maneəyə vurub. Nəticədə E.Xıdırovun sərnişini Zəngilan rayon sakini Üzeyir Həsənov hadisə yerində ölüb. Tovuz rayonu ərazisində, rayon sakini Famil Qurbanovun idarə etdiyi ?VAZ-21011? markalı və Ağstafa rayon sakini Yusif Zeynalovun idarə etdiyi ?Ford-Tranzit? markalı avtomaşınlar toqquşub. Nəticədə F.Qurbanovun sərinişini Səhman Abdıyev hadisə yerində ölüb, Y.Zeynalovun xəsarət almış sərnişini Gürcüstan vətəndaşı Xanlar Babayev xəstəxanaya yerləşdirilib. Xızı rayonu ərazisində, Bakı şəhər sakini İbrahim Heydərov ?Hunday? markalı 10 AN 539 dövlət nişanlı avtomaşını idarə edərkən Gürcüstan vətəndaşı Fərid Səmədovun idarə etdiyi ?Mitsubishi-Pajero? markalı avtomaşını arxadan vurub. Bu zaman F.Səmədov idarəetməni itirərək avtomaşını yolun kənarında dayanmış ?Akkord? şirkətlər qrupuna məxsus asfaltyayan maşına vurub. Nəticədə xəsarət almış F.Səmədov sərnişinləri Bakı şəhər sakinləri Zahirə İbrahimova, Nailə Səmədova Elvira Hüseynova xəstəxanaya yerləşdiriliblər. Z.İbrahimova orada ölüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA