Bakıda narkozəbəkə ələ keçdi

img

31-08-2009 [03:37]


DİN Çevik Polis Alayı və Sabunçu və Əzizbiyov RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Naxçıvan şəhər sakini İsfəndiyar Fərzəliyevdən 313,752 qram heroin, 1 kiloqram 231,18 qram tiryək, onun kirayə yaşadığı Mehdiabad qəsəbəsindəki evə baxış zamanı əlavə 6,037 qram heroin, 21 ədəd birdəfəlik şpris aşkar edilərək götürülüb. DİN-dən verilən məlumata görə, İ.Fərzəliyevə narkotik vasitəni satmış Sumqayıt şəhər sakini Şəmsi Ağayev tutulub, ondan 121,269 qram heroin götürülüb. Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Qaratəpə kənd sakini Pərviz Məmmədovun 0,20 hektar həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş ümumi çəkisi 62 kq olan 50 ədəd çətənə kolu və yardımçı təsərrüfatından 523 qram marixuana və 1 ədəd nömrəsi silinmiş süngü-bıçaq aşkar edilərək götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA